AZ

"Atletiko"nun baş məşqçisi La Liqanın rekordçusu olub

İspaniyanın "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeone La Liqanın rekordçusu olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi ölkə çempionatının 35-ci turunda "Selta" üzərində 1:0 hesablı qələbədən sonra eyni anda iki rekord müəyyənləşdirib.

Madrid klubu argentinalı mütəxəssisin rəhbərliyi altında 976 xal toplayıb ki, bu, turnir tarixində rekord göstəricidir. Simeone bu nəticə ilə məşhur ispaniyalı Luis Araqonesi (973 xal) arxada qoyub.

Həmçinin “Selta” ilə oyunda qazanılan uğur madridlilərin baş məşqçisi üçün İspaniyada işlədiyi müddət ərzində 400-cü qələbə olub. Bu nəticə ilə o İspaniya futbolu tarixində bir komanda ilə 400 qələbə qazanan ilk məşqçi ünvanına sahib çıxıb.

Qeyd edək ki, İspaniyada qələbəyə görə 3 xal 1995-ci ildən verilir. 35 turdan sonra "Atletiko" 70 xalla dördüncüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
281
44
report.az

10Mənbələr