AZ

Ələsgər Məmmədlinin səhhəti pisləşib

"Toplum TV"-nin təsisçisi Ələsgər Məmmədlinin səhhəti pisləşib. Bu barədə Ələsgər Məmmədlinin həyat yoldaşı Günay Məmmədli facebook hesabında yazıb. 
 
"Bu gün Ələsgər bəylə telefon danışıımız oldu. Səsində hiss ediləcək dərəcədə ciddi dəyişiklik var idi. Səbəbi isə məlum olduğu kimi qalxanabənzər vəzidəki şişlə bağlıdır. Yəqinki ölçülərdə böyümələr var və buda səs tellərinə təsir edir. Üç həftədir ki edilən müayinələrdən cavab yoxdur. Vəkillər tərəfindən müayinə nəticələri ilə bağlı sorğu gəöndərilib və heç bir cavab gəlməyib. Cinayətkar olmayan bir insanın həyatı ilə oynamaq hansı qanunda göstərilib?. Bunun məsuliyyətini kim daşıyır?",- o bildirib.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin vəkili mətbuata açıqlamasında bildirib ki, onun müalicəsini istinaq orqanı üzərinə götürüb, buna görə də onun ev dustaqlığına buraxılması vəsatəti vəkili tərəfindən geri götürülüb.

Martın 8-də Ələsgərli Məmmədli "Toplum" Tv işi ilə bağlı saxlanılıb. Onun evindən 60 min avronun çıxdığı bildirilib. Ələsgər Məmmədli Cinayət Məcəlləsinin  206.3.2 (şəxslərin qabaqcadan razılığı ilə qaçaqmalçılıq) maddəsi ilə ittiham olunub. Xətai Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. 
 
Bununla yanaşı Toplum TV işi ilə bağlı Demokratik Təşəbbüslər İnustunun əməkdaşı Müşfiq Cabbarov, Demokratik Təşəbbüslər İnstitutunun üzvü Əli Zeynalov, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və Toplum Tv-nin iki əməkdaşı Ramil Babayev və İlkin Əmrahov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. 
 
Aygün
 
 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
anews.az

10Mənbələr