AZ

Məhkəmə Ruslan İzzətlini həbsdə saxlayıb

Aprelin 6-da Bakı Apellyasiya Məhkəməsi III Respublika Platformasının İdarə Heyətinin qurucu üzvü Ruslan İzzətli barədə Xətai Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin ev dustaqlığına keçirilməsindən imtina qərarını qüvvədə saxlayıb.

Vəkili Rəsul Cəfərov bildirib ki, İzzətlinin həbsdə saxlanılması üçün prosessual zərurət olmadığı üçün aprelin 2-də onun ev dustaqlığına keçirilməsi barədə vəsatət verib.

“Lakin vəsatət təmin edilmədi. Bu qərardan apellyasiya şikayəti verdik. Lakin bu gün Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxladı”, Cəfərov qeyd edib.

İzzətli “Toplum TV”nin cinayət işi üzrə həbs edilib, qaçaqmalçılıqda ittiham olunur.

Xatırladaq ki, 6-8 mart tarixləri arasında “Toplum TV”-nin və onun tərəfdaşı olan təşkilatın – Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər 4 ay müddətinə ilkin həbs cəzasına məhkum edilib, daha iki nəfər isə polis nəzarətinə verilib.

Seçilən
135
26
Mənbələr
Şərh ()
Bağla