AZ

Ramil Şeydayevin baş məşqçisi istefaya göndərildi

Ramil Şeydayevin baş məşqçisi istefaya göndərildi



 13:15 13.05.2024     199

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin "Kocaelispor" klubu baş məşqçisi Mustafa Gürsel ilə yollarını ayırıb.

Demedia.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti xəbər yayıb.

Gürselin müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv edildiyi bildirilib.

Qeyd edək ki, "Kocaelispor" 1-ci Liqanı 55 xalla 6-cı pillədə başa vurub. Komanda Superliqaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.

Əlavə edək ki, M.Gürsel bu il fevralın 20-də "Kocaelispor"a baş məşqçi təyin edilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
4
demedia.az

10Mənbələr