AZ

Ramil Şeydayevin çıxış etdiyi klub baş məşqçisi ilə vidalaşdı

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin "Kocaelispor" klubu baş məşqçisi Mustafa Gürsel ilə yollarını ayırıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti xəbər yayıb.

Mütəxəssis və köməkçilərinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, "Kocaelispor" 1-ci Liqanı 55 xalla 6-cı pillədə başa vurub. Komanda Superliqaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
6
redaktor.az

10Mənbələr