AZ

Tiflisdə etirazlar qızışır: HƏBS EDİLƏNLƏR VAR - VİDEO

Tiflisdə etirazçılar səhər saatlarında deputatların parlament binasına daxil olmasına və xarici agentlər haqqında qanunun qəbuluna mane olmaq üçün bütün gecəni yatmayıblar. Lakin xalq deputatların qarşısını ala bilməyib.

Gürcüstan parlamentinin Hüquq Komitəsi “Xarici agentlər haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. 

Nəticədə Tiflisin küçələrində vəziyyət gərginləşib, həbs edilənlərin olduğu deyilir. Bu barədə görüntülər gürcülərə məxsus Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, aksiyada Adamiya adlı Moldova vətəndaşı saxlanılıb. Faktı Gürcüstanın “İmedi” telekanalı təsdiq edib.

Qeyd olunur ki, təhlükəsizlik qüvvələri Adamiyanı aksiyaların təşkilatçılarından biri hesab edir. İlkin məlumata görə, moldovalı polis əməkdaşını təhqir edib və ona bibər qazı ilə hücum edib.

Adamiya ilə birlikdə bir neçə nəfər də polis şöbələrinə aparılıb.

 

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
50
news365.az

10Mənbələr