AZ

Netanyahu iki faciəvi miras qoyub gedəcək - Kunts

İsrailin Baş naziri Benyamin Netanyahu hakimiyyətdən getdikdən sonra böyük bir təhlükəsizlik uğursuzluğunu və Vaşinqtonla strateji münasibətlərin pozulmasını miras qoya bilər.

Olaylar xəbər verir ki, bu fikri ABŞ-ın demokrat senatoru Kris Kunts ABC telekanalının efirində bildirib.

"Bu vəziyyətdə özümüzü tapmağımız faciədir. Ümid edirəm ki, Baş nazir Netanyahu geridə hansı miras qoyacağı barədə düşünür. Hazırda onun mirası 7 oktyabrda baş vermiş böyük bir strateji və müdafiə uğursuzluğudur. Onun mirası ABŞ və İsrail arasında uzun, güclü, strateji münasibətlərdə də qırılma ola bilər", - deyə o bildirib. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
210
3
olaylar.az

4Mənbələr