AZ

Netanyahu iki faciəvi miras qoyub gedəcək - Kunts

İsrailin Baş naziri Benyamin Netanyahu hakimiyyətdən getdikdən sonra böyük bir təhlükəsizlik uğursuzluğunu və Vaşinqtonla strateji münasibətlərin pozulmasını miras qoya bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu fikri ABŞ-ın demokrat senatoru Kris Kunts ABC telekanalının efirində bildirib.

"Bu vəziyyətdə özümüzü tapmağımız faciədir. Ümid edirəm ki, Baş nazir Netanyahu geridə hansı miras qoyacağı barədə düşünür. Hazırda onun mirası 7 oktyabrda baş vermiş böyük bir strateji və müdafiə uğursuzluğudur. Onun mirası ABŞ və İsrail arasında uzun, güclü, strateji münasibətlərdə də qırılma ola bilər", - deyə o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
3
milli.az

4Mənbələr