AZ

“Sumqayıt”dan daha yaxşı oynadıq” – Diniyev

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində səfərdə “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.



Komanda.az xəbər verir ki, o, 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra bunları dilə gətirib:



“Uduzmağımıza baxmayaraq, meydanda komanda var idi. “Sumqayıt”ı təbrik edirəm. Amma bu gün “Səbail” daha yaxşı futbol oynadı. Mənim üçün əsas oyundur. Oyun olduqda nəticə gələcək. 6-cı yer də bizim üçün nəticədir. Gələn il daha yaxşı olacağıq. Yeni komandayıq. Stabilliyin çatmaması normaldır. İtirdiyimiz xallar bizi çox məyus edir. Avrokuboklar uğrunda mübarizə aparan komandaların hər biri ilə başa-baş oynadıq. İrəli baxırıq, nikbinəm. Futbolçularımla fəxr edirəm. “Sumqayıt”ı 90 dəqiqə təzyiq altında saxladıq. Standart vəziyyətlərdən asan qollar buraxdıq. Bizim də penaltimiz var idi. O verilsəydi, oyun dəyişəcəkdi.



Biz avrokubok hədəfi qoymamışdıq. Buna layiq olub-olmamaq başqa şeydir. Bu sözü komandaya demək olmaz. “Səbail” avrokuboklarda oynamağa layiq komandadır. Amma futbol faktı sevir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərŞahin Diniyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
5
komanda.az

10Mənbələr