AZ

Milli Məclisin nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib – FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 12-də Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfər edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Doğru.az-a bildiriblər ki, səfər çərçivəsində Sahibə Qafarova Asiya Qadın Forumunda iştirak edəcək.

Qeyd edək ki, nümayəndə heyətinə deputatlar Məşhur Məmmədov, Səttar Möhbalıyev, Cavanşir Paşazadə, Nurlan Həsənov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildir.

DOĞRU.AZ

image-1715517563503718368_1200x630

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
20
dogru.az

10Mənbələr