AZ

Sahibə Qafarova Səmərqəndə gedib

Milli Məclisin sədri Özbəkistana işgüzar səfər edib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 12-də Özbəkistanın Səmərqənd şəhərinə işgüzar səfər edib. AYNA xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Səmərqənd Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, senator Gulnora Marufova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarova Asiya Qadın Forumunda iştirak edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
27
ayna.az

10Mənbələr