AZ

"Sabah" səfərdə "Qəbələ"yə uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.

Redaktor.az-ın məlumatına görə, günün ilk matçında çempionatda sonuncu olacağı dəqiqləşən "Qəbələ" "Sabah"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib -2:0. 33-cü dəqiqədə Əyyub Əllaş, 45+1-ci dəqiqədə Klesio Bauk fərqlənib.

65-ci dəqiqədə Davit Volkov birbaşa qırmızı vərəqə alaraq paytaxt təmsilçisini azlıqda qoyub.

"Qəbələ" qalibiyyət sayəsində xallarının sayını 23-ə çatdırıb. "Sabah" hələlik 52 xalla 4-cü sıradadır.

Bu gün "Sumqayıt" - "Səbail" görüşü də baş tutacaq.

Qeyd edək ki, daha əvvəl "Neftçi" "Kəpəz"i (5:1), "Turan Tovuz" "Araz-Naxçıvan"ı (1:0), "Qarabağ" "Zirə"ni (1:0) məğlub edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
291
11
redaktor.az

10Mənbələr