AZ

"Sabah" səfərdə "Qəbələ"yə uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçında çempionatda sonuncu olacağı dəqiqləşən "Qəbələ" "Sabah"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib -2:0. 33-cü dəqiqədə Əyyub Əllaş, 45+1-ci dəqiqədə Klesio Bauk fərqlənib.

65-ci dəqiqədə Davit Volkov birbaşa qırmızı vərəqə alaraq paytaxt təmsilçisini azlıqda qoyub.

"Qəbələ" qalibiyyət sayəsində xallarının sayını 23-ə çatdırıb. "Sabah" hələlik 52 xalla 4-cü sıradadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
256
11
bakivaxti.az

10Mənbələr