AZ

Bu gündən şimal-qərb küləyi güclənəcək

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında mayın 12-si günün ikinciyarısından 13-ü səhərədək şimal-qərb küləyinin 15-18 m/s, axşamyarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyigözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.

Mayın 12-si axşamdan 13-dək arabir yağış yağacağı gözlənilir.Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağıehtimalı var.

Mayın 12-si gündüz şimal və qərb rayonlarından başlayaraq havaşəraitinin dəyişəcəyi, 15-i səhərədək fasilələrlə leysan xarakterliyağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR,Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar,Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivolacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qaryağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dəkgüclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən5-8° aşağı enəcək.

Çaylarda o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğunartacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsininərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyigözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
49
az.trend.az

10Mənbələr