AZ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakı. Trend:

Sabahdan Azərbaycanda hava şəraitinin yağıntılı keçəcəyi, güclükülək müşahidə ediləcəyi gözlənilir.

Bu barədə Trend-ə MilliHidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 12-si gününikinci yarısından 13-ü səhərədək şimal-qərb küləyinin 15-18 m/s,axşam yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyigözlənilir. Mayın 12-si axşamdan 13-dək arabir yağış yağacağıgözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşəkçaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında da mayın 12-si gündüz şimal və qərbbölgəsindən başlayaraq hava şəraitinin dəyişəcəyi, 15-i səhərədəkfasilələrlə leysan xarakterli yağıntılı olacağı gözlənilir.Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur,Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran,Lənkəran-Astara) yağıntıların intensiv olacağı, şimşək çaxacağı,dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dəkgüclənəcək.

Çaylarda o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğunartacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsininərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyigözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
237
49
az.trend.az

10Mənbələr