AZ

Emin Əmrullayev Türkiyədə görüşlər keçirib – FOTO

Elm və təhsil naziri Emin Əmrullayev Baş nazir Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib.

Elm və Təhsil Nazirliyindən Doğru.az-a  bildirilib ki, mayın 8-də Emin Əmrullayev Ankara şəhərində keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında iştirak edib.

Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərlikləri iştirak ediblər.

Səfər çərçivəsində elm və təhsil naziri Türkiyənin milli təhsil naziri Yusuf Tekin, Ali Təhsil Şurasının sədri Erol Özvar və Türkiyə Böyük Millət Məclisinin Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının sədri Mahmut Özerlə görüşüb.

Görüşlərdə iki ölkə arasında təhsil sahəsində davam edən və planlaşdırılan əməkdaşlıq istiqamətləri müzakirə olunub.

DOĞRU.AZ

image-663f2cd99e49f663f2cd99e4a01715416281663f2cd99e47b663f2cd99e47d image-663f2cd9e70a7663f2cd9e70a81715416281663f2cd9e70a3663f2cd9e70a5 image-663f2cda0df6e663f2cda0df6f1715416281663f2cda0df6a663f2cda0df6d

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
287
22
dogru.az

10Mənbələr