AZ

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Türkiyəyə səfər etmiş elm və təhsil naziri Emin Əmrullayev qardaş ölkənin milli təhsil naziri Yusuf Tekin, Ali Təhsil Şurasının sədri Erol Özvar və Türkiyə Böyük Millət Məclisinin Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının sədri Mahmut Özerlə görüşüb.

525.az-a nazirlikdən bildirilib ki, görüşlərdə iki ölkə arasında təhsil sahəsində davam edən və planlaşdırılan əməkdaşlıq məsələləri müzakirə olunub.

Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev Baş nazir Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Türkiyədə səfərdə olub. Nazir Ankara şəhərində keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında iştirak edib. Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərlikləri iştirak ediblər.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
333
21
525.az

10Mənbələr