AZ

Kann Kino Festivalı baş tutmaya bilər

Kann Kino Festivalı mətbuat agentləri, menecerlər, quruluşçu rəssamlar, mexaniklər və digər kino işçilərinin tətili səbəbindən baş tutmaya bilər.

Etiraza səbəb yeni işsizlik qanunudur. Qanuna görə, qısamüddətli müqavilə ilə işə götürülənlər Fransanın işsizlik sığortası sistemi ilə əhatə olunmurlar.

Beləliklə də, insanlar işsizlik dövründə dövlət dəstəyini itirəcək, müavinət ala bilməyəcək və başqa gəlir mənbəyi axtarmağa məcbur olacaqlar.

Bu qanun ucbatından festivallarda işləməyə adam tapılmayacaq.

Hazırda festivalın təşkilində iştirak edən 200 etirazçıdan ibarət kollektiv özlərini “ekran arxasındakı yoxsullar” adlandırırlar. Komanda festivalın ilk həftəsində dövlət rəsmiləri ilə görüş təşkil etməyi və bu məsələni həll etməyi tələb edir.

Qeyd edək ki, festivalın mayın 14-dən 25-dən keçirilməsi nəzərdə tutulub.

Mənbə: snob.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
4
oxu.az

10Mənbələr