AZ

Azərbaycan filmi Kannda!

Rejissor Azər Quliyevin “Sanki yoxsan” adlı qısametrajlı filmi 77-ci Kann Film Festivalında göstəriləcək.

OLAY yazır ki, ekran işi festivalın qısametrajlı filmlər müsabiqəsinin proqramına salınıb.

Müsabiqəyə təqdim olunan 4420 film arasından Azərbaycan, Braziliya, Kanada, Çin, Xorvatiya, ABŞ, Fransa, Kosovo, Litva və Portuqaliya kimi 10 ölkədən 11 qısametrajlı film seçilib.

Qeyd edək ki,  77-ci Kann Film Festivalı mayın 14-dən 25-dək davam edəcək. Qaliblər Lubna Azabalın sədrlik etdiyi münsiflər heyəti tərəfindən seçiləcək

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
4
olay.az

10Mənbələr