AZ

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA



 12:30 11.05.2024     112

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Demedia.az -a bildirilib ki, mayın 11-i saat 9:00-a olan məlumata əsasən, əksər rayonlarda şimşək çaxıb, arabir yağış, Şahdağda isə zəif qar yağıb.

Bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 4 mm, Balakəndə 3 mm, Daşkəsən, Sədərəkdə 2 mm, Naxçıvan, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Zaqatala, Şəki, Qax, Quba, Qusar, Cəbrayıl, Tərtər, Yevlax, Beyləqan, Lənkəran, Astarada 1 mm-dək olub. Bakı, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Göygöl, Şamaxı, Altıağac, Tərtər, Bərdə, Beyləqan, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24 dərəcəyədək, Naxçıvan MR-da 23-28, Aran rayonlarında 23-26, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
354
49
demedia.az

10Mənbələr