AZ

Şahdağa qar yağıb

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, əksər rayonlarda şimşək çaxıb, arabir yağış, Şahdağda isə zəif qar yağıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 4 mm, Balakəndə 3 mm, Daşkəsən, Sədərəkdə 2 mm, Naxçıvan, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Zaqatala, Şəki, Qax, Quba, Qusar, Cocuqmərcanlı, Tərtər, Yevlax, Beyləqan, Lənkəran, Astarada 1 mm-dək olub.

Bakı, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Göygöl, Şamaxı, Altıağac, Tərtər, Bərdə, Beyləqan, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24 dərəcəyədək, Naxçıvan MR-da 23-28, Aran rayonlarında 23-26, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
349
23
sabah.az

10Mənbələr