AZ

“Üzüklərin hökmdarı” əsəri əsasında yeni filmlər seriyası hazırlanır - FOTO

“Üzüklərin hökmdarı” (“The Lord of the Rings”) əsəri əsasında yeni filmlər seriyası hazırlanır.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, nu barədə “Warner Bros. Discovery” şirkətinin rəhbəri Devid Zaslav məlumat verib.  

Onun sözlərinə görə, serialın birincisi “Üzüklərin hökmdarı: Gollum ovu” (“The Lord of the Rings: The Hunt for Gollum”) adlı film olacaq.

Filmin rejissoru Endi Serkis olacaq. O, rejissor Piter Ceksonun çəkdiyi trilogiyada (2001, 2002, 2003) Gollum rolunu səsləndirib və ifa edib.

Filmin təqdimatı 2026-cı ilə planlaşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
3
tehsil.biz

4Mənbələr