“Üzüklərin hökmdarı” (“The Lord of the Rings”) əsəri əsasında yeni filmlər seriyası hazırlanır.
Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, nu barədə “Warner Bros. Discovery” şirkətinin rəhbəri Devid Zaslav məlumat verib.
Onun sözlərinə görə, serialın birincisi “Üzüklərin hökmdarı: Gollum ovu” (“The Lord of the Rings: The Hunt for Gollum”) adlı film olacaq.
Filmin rejissoru Endi Serkis olacaq. O, rejissor Piter Ceksonun çəkdiyi trilogiyada (2001, 2002, 2003) Gollum rolunu səsləndirib və ifa edib.
Filmin təqdimatı 2026-cı ilə planlaşdırılıb.