AZ

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır: Boyu 177 sm, arıq bədən quruluşlu, gözləri kül rəngindədir. Evdən çıxan zaman əynində qara rəngli idman şalvarı, qara rəngli köynək və idman ayaqqabısı olub.

Onun barəsində məlumatı olanlardan 077-591-21-21 və 070-800-04-04 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
18
bizim.media

10Mənbələr