AZ

Bu şəxsi görənlər polisə XƏBƏR VERSİN 

Sumqayıt sakini itkin düşüb.


Referans.az xəbər verir ki, bu barədə Daxilu İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb.


C.Əliyevin əlamətləri bunlardır: Boyu 177 sm, arıq bədən quruluşlu, gözləri kül rəngindədir. Evdən çıxan zaman əynində qara rəngli idman şalvarı, qara rəngli köynək və idman ayaqqabısı olub.


Onun barəsində məlumatı olanlardan 077-591-21-21 və 070-800-04-04 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
5
oxu.az

10Mənbələr