Mayın 4-də Müsavat Partiyasının XI qurultayı keçirilib.
Reyting.az xəbər verir ki, qurultayda Məclisə, Divana, Mərkəzi Nəzarət Komissiyasına üzvlər və partiyaya başqan seçkisi olub.
Seçkidə 278 nəfər iştirak edib. İştirakçılardan 3 nəfər əleyhinə olmaqla, 275 nəfər İsa Qəmbərin partiya başqanı seçilməsinə səs verib.
Xatırladaq ki, İsa Qəmbər 1992-ci ildən 2014-cü ilədək partiyaya rəhbərlik edib. 2014-cü ildə başqanlıq seçkisində iştirak etməyərək partiyanın aparat rəhbəri Arif Hacılıya dəstək verib və onun başqan seçilməsində həlledici rol oynayıb.