AZ

Müsavat Partiyasının XI qurultayı başa çatdı, İsa Qəmbər ona səs verənlərə təşəkkür etdi

Müsavat Partiyasının XI qurultayı başa çatıb.

Musavat.com xəbər verir ki, partiyanın yeni başqanı İsa Qəmbər çıxış edərək ona etimad göstərib, lehinə səs verənlərə öz təşəkkürünü bildirib.

Daha sonra qurultay iştirakçılarına bildirilib ki, yeni seçilən Məclis üzvləri ilə bağlı nəticələr sabah elan olunacaq.

Beləliklə, qurultay öz işini sabah davam etdirəcək. Yaxın həftələrdə isə Divan üzvləri elan olunacaq.

Sonda Müsavat Partiyası siyasi məhbusların azad olunması ilə bağlı bəyanat qəbul edib.

Xalidə Gəray
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
334
50
musavat.com

10Mənbələr