AZ

Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər -YENİLƏNİB

Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Ednews APA-ya istinadən  xəbər verir ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyəti Cəbrayılın Cocuq Mərcanlı kəndinin ərazisində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər. Bununla da beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb. Səyyahlar 3 gün ərzində Füzuli, Şuşa, Ağdam, Kəlbəcər, Laçın və Cəbrayıl marşrutu üzrə hərəkət ediblər.

***

10:55

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. 

Ednews  xəbər verir ki, səfərin üçüncü və sonuncu günündə qonaqlar Cəbrayıl rayonuna səfər ediblər. 

Norveçli səyyahlar qrupu unikal tarixi abidə olan Xudafərin körpüsünə gəliblər. Onlara Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun böyük qəhrəmanlığı nəticəsində azad olunan Cəbrayıl rayonu, o cümlədən Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayətlər haqqında məlumat verilib. 

Xatırladaq ki, heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
2
ednews.net

6Mənbələr