AZ

Norveçli səyyahlar Xudafərin körpüsündə - FOTO 

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. 

Bizim.Media xəbər verir ki, səfərin üçüncü və sonuncu günündə qonaqlar Cəbrayıl rayonuna səfər ediblər. 

Norveçli səyyahlar qrupu unikal tarixi abidə olan Xudafərin körpüsünə gəliblər. Onlara Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun böyük qəhrəmanlığı nəticəsində azad olunan Cəbrayıl rayonu, o cümlədən Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayətlər haqqında məlumat verilib. 

Xatırladaq ki, heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edib. 



Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
2
bizim.media

6Mənbələr