AZ

Bayden jurnalistləri qorumaq qərarına gəldi

ABŞ prezidenti Co Bayden tezliklə bütün dünyada jurnalistlərin təqiblərinə qarşı mübarizəyə yönəlmiş sərəncam imzalayacaq. 

Olaylar.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.  

"Yaxın həftələrdə prezident bütün dünyada mətbuat azadlığının pozulmasına cavab olaraq icra sərəncamı imzalayacaq", - Ağ Evin sözçüsü bildirib. 

O, Baydenin bunu milli təhlükəsizliyə ciddi təhdid adlandıracağını və mətbuatı susdurmağa çalışanlara qarşı sanksiyalar və viza qadağaları da daxil olmaqla tədbirlər görəcəyini söyləyib. 

Ümumdünya Mətbuat Azadlığı Günü 1993-cü ilin dekabrında BMT Baş Assambleyası tərəfindən elan edilib və hər il mayın 3-də qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
5
olaylar.az

6Mənbələr