AZ

Bayden bütün dünyada jurnalistlərin təqiblərinə qarşı mübarizə çərçivəsində fərman imzalayacaq » AzadMedia.az



ABŞ prezidenti Co Bayden tezliklə bütün dünyada jurnalistlərin təqiblərinə qarşı mübarizəyə yönəlmiş sərəncam imzalayacaq. Bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
"Yaxın həftələrdə prezident dünyada mətbuat azadlığının pozulmasına cavab olaraq icra sərəncamı imzalayacaq".
O, Baydenin bunu "milli təhlükəsizliyə ciddi təhdid" adlandıracağını və mətbuatı susdurmağa çalışanlara qarşı sanksiyalar və viza qadağaları da daxil olmaqla tədbirlər görəcəyini söylədi.
Ümumdünya Mətbuat Azadlığı Günü 1993-cü ilin dekabrında BMT Baş Assambleyası tərəfindən elan edilib və hər il mayın 3-də qeyd olunur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
5
azadmedia.az

6Mənbələr