AZ

Lionel Messi MLS-də ayın oyunçusu seçildi

“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi ötən – aprel ayının yekunlarına əsasən ən yaxşı oyunçu mükafatını alıb.

Arena.az bu barədə “İnter Mayami”nin “X” sosial şəbəkəsindəki rəsmi hesabına istinadən məlumat veir.

Aprel ayında argentinalı hücumçu müntəzəm mövsümün 4 oyununda iştirak edib və bu oyunlarda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.

Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 10 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 24 oyun, 22 qol və 11 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
5
Mənbələr
Şərh ()
Bağla