AZ

Esekiel Palasios: “Hamı Lionel Messinin ölməz olmasını istəyir…”

“Bayer”in argentinalı yarımmüdafiəçisi Esekiel Palasios yığmada komanda yoldaşı, məşhur ulduz hücumçu Lionel Messi haqda danışıb.

Arena.az “Reuters” agentliyinə istinadən məlumat verir ki, Palasios Messinin Argentina yığmasındakı karyerasını bitirə biləcəyi ilə bağlı sualı cavablayıb:

“Hələlik Messinin karyerasını davam etdirməməsi barədə danışmayaq. Milli komandanı Messisiz təsəvvür etmək mümkün deyil. Hamımız onun ölməz olmasını və həmişə bizim üçün oynamasını istəyirik.

Biz həmçinin Di Mariyanın təqaüdə çıxmasını istəmirik. O, digərlərindən fərqli olaraq ölkəmiz üçün tarixi əhəmiyyətə malik müstəsna oyunçudur”, deyə Esekiel Palasios bildirib.

Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 10 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 24 oyun, 22 qol və 11 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq