AZ

Rusiyanın yaxın planlarında Xarkov və ya Sumını tutmaq var

Rusların Xarkov və ya Sumını tutmaq planı var, lakin Ukrayna müdafiə qüvvələri Qərbin köməyi ilə hücumu dəf etməyə ümid edir.

Editor.az xəbər verir ki, bunu Ukrayna Quru Qoşunlarının komandanı, general-leytenant Aleksandr Pavlyuk mayın 3-də Ukrayna kəşfiyyatının məlumatlarına istinadən “The Times” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu planların nə dərəcədə ciddi olduğu və işğalçıların malik olduqları qüvvələrlə onları həyata keçirə bilib-bilməyəcəyi məlum deyil. Pavlyuk nikbinliyini ifadə edib ki, ABŞ-ın hərbi dəstək paketi və artan Avropa dəstəyi ilə birlikdə nəinki yayda Rusiyanın hücumlarını azalda və dəf edə, həm də bəlkə də Ukraynaya strateji təşəbbüs verə bilər: “Rusiyanın sıçrayışının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik və ümid edirik ki, Amerika silahları bizə kömək edəcək” – general deyib.

Pavlyuk qeyd edib ki, bu silahlar vaxtında gəlsəydi, Ukrayna son bir neçə ayda bu qədər ərazi itirməzdi. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski də “The Economist”ə müsahibəsində rusların Xarkov və ya Sumı tutmaq planlarından danışıb.

Onun sözlərinə görə, güman ki, Rusiya Federasiyasının əsas hücumu mayın sonu və ya iyunun əvvəlində başlayacaq. Eyni zamanda, Skibitski hesab edir ki, bu istiqamətlərdə işğalçıların böyük bir şəhəri tutmaq üçün əməliyyat keçirmək üçün kifayət qədər qüvvəsi yoxdur.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
50
Mənbələr
Şərh ()
Bağla