AZ

Rusiyanın həqiqətən də Xarkov və Sumı tutmaq planı var - General

Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı, Quru Qoşunlarının komandanı Aleksandr Pavlyuk rus işğalçılarının Xarkov və Sumı ələ keçirmək planını olduğu barədə məlumat verib. Bizimyol.info xəbər verir ki, Pavlyuk “The Times” qəzetinə müsahibəsində deyib ki, Xarkovun ələ keçirilməsi Rusiyanın yaydakı hücumunun məqsədlərindən biri ola bilər. “Kəşfiyyat xidmətlərimiz deyir ki, rusların Xarkov və ya Sumını ələ keçirmək planı var, lakin biz bu planların nə dərəcədə ciddi olduğunu və əllərində olan qüvvələrlə onları həyata keçirə biləcəklərini bilmirik”, - deyə Pavlyuk vurğulayıb. Eyni zamanda, general-leytenant nikbinliyini ifadə edərək bildirib ki, ABŞ-dan çoxdan gözlənilən hərbi dəstək paketi Avropanın güclü dəstəyi ilə birlikdə nəinki yayda Rusiyanın hücumlarını zəiflətməyə və ya geri qaytarmağa kömək edəcək, həm də Ukraynaya strateji mövqe üstsnlükləri verəcək. Pavlyuk əlavə edib ki, Ukraynanın tərəfdaşlarından ehtiyac duyduğu prioritet silah insanları, şəhərləri və infrastrukturu Rusiyanın raket hücumlarından qorumaq üçün hava hücumundan müdafiə sistemidir. “Əlbəttə, uzaq mənzilli artilleriya da bizim üçün çox vacibdir. Etibarlı hava hücumundan müdafiə və uzaqmənzilli artilleriya ilə bu strateji üstünlüyü döyüş meydanında ruslardan ala bilərik”, - Pavlyuk qeyd edib. Onun sözlərinə görə, rusların müharibədə əsas məqsədi dəyişməz olaraq qalır - Ukraynanı bir dövlət kimi məhv etmək: “Ancaq 2022-ci ildən bəri onlara bu imkanı vermədiyimiz üçün hesab edirik ki, rusların bu il qarşıya qoyduğu məqsədlər Donetsk və Luqansk vilayətlərini, əgər uğur qazansalar, Zaporojye bölgəsini tamamilə işğal etməkdir”, - deyə Pavlyuk bildirib. General-leytenant qeyd edib ki, Çasovoy Yarın tutulması baş verməməlidir. Eyni zamanda o, ABŞ-ın əlavə yardımının qışda gecikməsinin sursat çatışmazlığının Ukrayna əsgərlərinə mənfi təsirini etiraf edib: “Rusiyanın Çasovoy Yarı mayın 9-dan əvvəl ələ keçirmək planını dayandırmaq üçün mümkün olan hər şeyi etməyə çalışırıq”, - deyə Pavlyuk vurğulayıb. Eyni zamanda o xatırladıb ki, ruslar artilleriyada 10-a 1 nisbətində, tam hava üstünlüyünə malikdirlər. Onun sözlərinə görə, Müdafiə Qüvvələri Rusiyanın sıçrayışının qarşısını almaq üçün mümkün olan hər şeyi edir: “Ümid edirik ki, Amerika silahları bizə kömək edəcək. Əgər vaxtında gəlsəydi, son bir neçə ayda itirdiyimiz əraziləri qoruya bilərdik”, - deyə o qeyd edib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski bildirib ki, Rusiya Xarkov və Sumı vilayətlərinə hücuma hazırlaşır. Onun sözlərinə görə, rusların uğuru Ukraynanın Donbassdakı müdafiəsinin nə qədər güclü olacağından asılıdır. Çox güman ki, Rusiya bu əməliyyatlar üçün qoşun sayını artıracaq, lakin bu, böyük bir şəhəri ələ keçirmək üçün kifayət etməyəcək. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
Mənbələr
Şərh ()
Bağla