AZ

Qərb ölkələrinin Ukraynaya hərbi personal göndərməsi üçüncü dünya müharibəsinə gətirib çıxara bilər – Macarıstanın xarici işlər naziri

Ukraynadakı hərbi münaqişənin həlli üçün atəşi dayandırmaq və danışıqlara başlamaq lazımdır.

Editor.az bildirir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. O, hesab edir ki, Qərb ölkələrinin Ukraynaya hərbi personal göndərməsi üçüncü dünya müharibəsinə gətirib çıxara bilər.

Nazirin sözlərinə görə, Avropa və ya Amerika əsgərləri Ukrayna ərazisinə ayaq bassalar, bu, “qırmızı xətti keçmək” olacaq. “Əgər NATO üzvü olan bir ölkə Ukraynaya hərbi personal göndərərsə, bu, NATO ilə Rusiya arasında birbaşa qarşıdurmanın olacağı anlamına gələcək və biz artıq üçüncü dünya müharibəsindən danışacağıq”, – Sijarto qeyd edib. O, həmçinin ölkələrdən birinin nüvə silahından istifadə etməsi ehtimalı ilə bağlı bəyanatlardan narahatdır. “Biz çox yaxşı bilirik ki, bu və ya digər tərəf nüvə silahından istifadə etmək qərarına gəlsə, bu, planetimizin sonu olacaq”, – Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.

Xatırladaq ki, fevralın sonunda Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etməsə də, bir neçə gün sonra hələlik bunu etmək niyyətində olmadığını açıqlayıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
5
editor.az

10Mənbələr