AZ

Macarıstanın dünya müharibəsi narahatlığı...

Macarıstan Xarici İşlər Nazirliyi Qərbin Ukraynaya hərbi personal göndərəcəyi təqdirdə dünya müharibəsi riskini açıqlayıb...Ukraynada hərbi münaqişənin həlli üçün atəşi dayandırmaq və danışıqlara başlamaq lazımdır.Poliqon xəbər verir ki. bunu Macarıstanın xarici işlər naziri Peter Siyyarto deyib. Nazir hesab edir ki, Qərb ölkələrinin Ukraynaya hərbi personal göndərməsi üçüncü dünya müharibəsinə gətirib çıxara bilər.Siyyartonun sözlərinə görə, Avropa və ya Amerika əsgərləri Ukrayna ərazisinə ayaq bassalar, bu, “qırmızı xətti keçmək” olacaq.“Əgər NATO üzvü olan bir ölkə Ukraynaya hərbi personal göndərərsə, bu, NATO ilə Rusiya arasında birbaşa qarşıdurmanın olacağı anlamına gələcək, biz üçüncü dünya müharibəsindən danışacağıq”, cənab Siyyarto əminliyini ifadfə edib.Macar nazir həmçinin ölkələrdən birinin nüvə silahından istifadə etməsi ehtimalı ilə bağlı bəyanatlardan narahatdır.“Biz yaxşı bilirik ki, bu və ya digər tərəf nüvə silahından istifadə etmək qərarına gəlsə, bu, planetimizin sonu olacaq”, - Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
5
poliqon.az

10Mənbələr