AZ

300 min azərbaycanlının qayıdışı: İrəvan kuluarlarında nələr müzakirə edilir?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

İlham Əliyev Ermənistandan daha nələri tələb edəcək?” adlı süjetdə 10 minə yaxın şagirdin iştirakı ilə baş tutan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının Ermənistan mediasının əsas gündəm mövzusuna çevrildiyi, bu olimpiadanın məqsədinin yeni nəslin diqqətini Qərbi Azərbaycana yönəltmək, onun tarixinin öyrənilməsini təşviq etmək olduğu bildirilir.

Qeyd olunub ki, olimpiadanın erməni ictimai rəyinin yönləndirilməsinə səbəb olub və Ermənistanın siyasi arenasına ciddi təsir edib: “Birbaşa təhsillə bağlı olan və heç bir siyasi məqsəd daşımayan olimpiadanın Ermənistanda bu qədər narahatlıq yaratması təsadüfi deyil. Azərbaycanın Qarabağ zəfərindən sonra Qərbi Azərbaycana qayıdışın aktuallaşdığını yaxşı anlayırlar. Məhz bu reallığın qarşısını almaq üçün Ermənistan hakimiyyətinin devrilməsini istəyirlər. Çünki hazırkı hakimiyyət sülh danışıqlarından yanadır və gündəlikdəki əsas mövzulardan biri azərbaycanlıların sivil və təhlükəsiz qaydada öz tarixi yurdlarına qayıdışıdır”.

Diqqətə çatdırılıb ki, Ermənistan mediası İrəvanın hakim kuluarlarında azərbaycanlıların qayıdışı məsələsinin artıq müzakirə edildiyini yazır: “Bu yazılar bir daha təsdiq edir ki, rəsmi Bakı ilə İrəvan arasındakı danışıqlarda azərbaycanlı qaçqınların Qərbi Azərbaycana qayıdışı əsas müzakirə mövzularından biridir. Qazaxda kəndlərin qaytarılmasından sonra yaranmış ictimai narazılıq fonunda məsələ yenidən gündəmə gəlib və qayıdış məsələsinin reallıq olduğunu ermənilər yaxşı anlayırlar. Erməni türkoloq, politoloq, kartoqraf və jurnalistlər hakimiyyəti tənqid edərək bildirirlər ki, istənilən güzəşt İrəvana, Zəngəzura qədər yeni tələblərə zəmin yaradacaq. Artıq yenilənmiş Qərbi Azərbaycan xəritəsi var. Nikol hakimiyyətdə qalarsa, Ermənistan Qərbi Azərbaycana çevriləcək. Qarabağdan gələn ermənilər də rəsmi Bakının icazəsi ilə Qərbi Azərbaycanda yaşayacaqlar. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması Prezident İlham Əliyevin növbəti tələbinin nədən ibarət olduğunu göstərir. Növbəti mərhələdə anklav olan dörd kənd qaytarılacaq, sonra Zəngəzur (Sünik) Azərbaycana təhvil veriləcək. Sonda isə Ermənistan yox olacaq”.

Sonda vurğulanıb ki, Ermənistanda ictimai müzakirələri formalaşdıran, hər şeyi diktə edən tərəf Azərbaycandır: “Rəsmi Bakının diktə etdiyi məsələlərdən biri isə azərbaycanlıların tarixi torpaqlarına qayıdışıdır. Erməni millətçilər məhz bunun baş verəcəyini bildikləri üçün təşviş keçirirlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23673
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13187
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10429
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5685
Helikopter qəzası ilə bağlı yeni xəbər
5595
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5523
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4397
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
3994
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3811
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3679
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3461
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3457
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3055
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2767
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2759
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2530