AZ

Aİ 2027-ci ilə qədər Livana 1 milyard avro ayırıb

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının islahatlar və miqrasiya ilə mübarizə səyləri müqabilində 2027-ci ilə qədər Livana 1 milyard avro yardım ayırdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə Livanda keçirdiyi mətbuat konfransında məlumat verib.

"Dəstəyimizi vurğulamaq üçün mən bu ildən 2027-ci ilə qədər Livana 1 milyard avro yardım elan edirəm".

Fon der Lyayen izah edib ki, bu proqram təhsil, bank sektoru, silahlı qüvvələr və təhlükəsizlik qüvvələri sahəsində islahatlar, ən əsası isə immiqrasiya ilə mübarizə üçün nəzərdə tutulub.

Sədr həmçinin Livanın suriyalı qaçqınların qəbulunda rolunu alqışlayıb və onların vətənə qayıtmaları üçün proqramları dəstəkləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
50
operativmm.az

10Mənbələr