AZ

Dueyn Consona görə şirkət 50 milyon zərərə düşdü

Tarix: 2 May 2024 08:05

"Amazon MGM" studiyası "Qırmızı"ı filminin çəkilişlərinə gecikən aktyor Dueyn Consona görə əhəmiyyətli itkilərə məruz qalıb.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, şirkətin xərcləri 50 milyon dollar təşkil edib və bu səbəbdən filmin premyerası 2023-cü ilin sonundan 2024-cü ilin noyabrına təxirə salınıb. Layihənin büdcəsi Dueyn Consonun daimi gecikmələri səbəbindən 250 milyon dollara çatıb.
Consonun müntəzəm olaraq çəkilişlərə zamanında gəlmədiyi, vaxtaşırı 7-8 saat gecikdiyi deyilir. 
Qeyd edək ki, daha əvvəl də aktyorun rol aldığı "Qırmızı bildiriş" döyüş filminin çəkiliş qrupu da oxşar hal barədə danışmışdılar.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
3
Mənbələr
Şərh ()
Bağla