“Hal-hazırda dövlətimiz işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi abidələrimizi bərpa edir, yandırılmış torpaqlarımızı minalardan təmizləyərək genişmiqyaslı yenidənqurma işləri aparır, Cənubi Qafqaz regionunun ümumi tərəqqisinə xidmət edən perspektivli iqtisadi layihələrlə çıxış edir. Təəssüflər olsun ki, Azərbaycanın bu səyləri ilə eyni vaxtda, Ermənistanda hələ də revanşizm, nifrət çağırışları səslənir. Separatizmi qızışdıranlara, revanşist təbliğat aparanlara, hərbi yardım vəd edən havadarlara bel bağlayaraq mürtəce planlar cızanlara xitabən bəyan etmək istəyirəm ki, xülyalara aldanıb öz xalqlarına yeni faciələr yaşatmasınlar. Unutmasınlar ki, bir yumruq kimi birləşmiş multikultural Azərbaycan xalqı, müstəqil, suveren Azərbaycan dövləti hər zaman bütün təhdidlərin öhdəsindən gəlmək iqtidarındadır, inşallah”,- deyə A.Paşazadə əlavə edib.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta