AZ

Allahşükür Paşazadədən Cənubi Qafqazda sülhə çağırış

Bakı. Trend:

Azərbaycanın dinlərarası dostluq və qardaşlıq mühitində uğurlubirgəyaşayış modeli bütün dünya üçün örnəkdir.

Trend-in məlumatəna görə, bunu Qafqaz Müsəlmanları İdarəsininsədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən VI ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoqvasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda keçirilən panlmüzakirələri zaman deyib.

O qeyd edib ki, Azərbaycanın dövlət başçısı Zati-aliləriPrezident İlham Əliyevin xalqımızın ənənəvi milli, tarixi irsinəsöykənərək irəli sürdüyü multikulturalizm və İslam həmrəyliyi kimiümumbəşəri əhəmiyyətli ideyalar, müəllifi olduğu Mədəniyyətlərarasıdialoqa dair Bakı prosesi, 2024-cü ili Yaşıl dünya naminə həmrəylikili elan etməsi Azərbaycanın dövlət liderinin həyata keçirdiyimüdrik təşəbbüslərdir və dünya miqyasında insan həmrəyliyinə xidmətedir.

“Hal-hazırda dövlətimiz işğal dövründə törədilmiş vandalizmaktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəviabidələrimizi bərpa edir, yandırılmış torpaqlarımızı minalardantəmizləyərək genişmiqyaslı yenidənqurma işləri aparır, CənubiQafqaz regionunun ümumi tərəqqisinə xidmət edən perspektivliiqtisadi layihələrlə çıxış edir. Təəssüflər olsun ki, Azərbaycanınbu səyləri ilə eyni vaxtda, Ermənistanda hələ də revanşizm, nifrətçağırışları səslənir. Separatizmi qızışdıranlara, revanşisttəbliğat aparanlara, hərbi yardım vəd edən havadarlara belbağlayaraq mürtəce planlar cızanlara xitabən bəyan etmək istəyirəmki, xülyalara aldanıb öz xalqlarına yeni faciələr yaşatmasınlar.Unutmasınlar ki, bir yumruq kimi birləşmiş multikultural Azərbaycanxalqı, müstəqil, suveren Azərbaycan dövləti hər zaman bütüntəhdidlərin öhdəsindən gəlmək iqtidarındadır, inşallah”,- deyəA.Paşazadə əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
9
az.trend.az

10Mənbələr