AZ

Səkkiz Amerika nəşri Microsoft-a və ChatGPT chatbotunu məhkəməyə verib

ABŞ-ın daha səkkiz nəşri müəllif hüquqlarının pozulmasına görə ChatGPT-ni məhkəməyə vermək qərarına gəlib...Səkkiz Amerika nəşri Microsoft-a və ChatGPT chatbotunun yaradıcısına qarşı məhkəmə iddiası qaldıraraq şirkətləri müəllif hüquqlarını pozmaqda ittiham edib.Poliqon xəbər verir ki, bu barədə “Axios” portalı məhkəmə sənədinə istinadən məlumat yayıb.Nəşr qeyd edir ki, investisiya nəhəngi Alden Global Capital-a məxsus səkkiz nəşr müəllif hüquqlarının pozulmasına görə OpenAI və Microsoft-u məhkəməyə verib.İddiaçılar arasında New York Daily News, Chicago Tribune, Orlando Sentinel, South Florida Sun Sentinel, San Jose Mercury News, Denver Post, Orange County Register və St. Paul Pioneer Press nəşrləri varNəşrlər şirkətləri milyonlarla müəllif hüquqları ilə qorunan məqalələri lazımi icazə və ya ödəniş olmadan oğurlamaqda ittiham edir.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
5
poliqon.az

6Mənbələr