AZ

Nüfuzlu media qurumları "ChatGPT"ni məhkəməyə verir

Səkkiz Amerika qəzeti "Microsoft"a və "ChatGPT" çatbotunun yaradıcısına qarşı məhkəmə iddiası qaldıraraq şirkətləri müəllif hüquqlarını pozmaqda ittiham edib.

Publika.az xəbər verir ki, "Axios" bu barədə məhkəmə sənədinə istinadla məlumat yayıb.

Nəşr qeyd edir ki, investisiya nəhəngi "Alden Global Capital"a məxsus səkkiz nəşr müəllif hüquqlarının pozulmasına görə "OpenAI" və "Microsoft"u məhkəməyə verib.

İddianı "New York Daily News", "Chicago Tribune", "Orlando Sentinel", "South Florida Sun Sentinel", "San Jose Mercury News", "Denver Post", "Orange County Register" və "Paul Pioneer Press" və s. qurum qaldırıb.

Nəşrlər şirkətləri milyonlarla müəllif hüquqları ilə qorunan məqalələri lazımi icazə və ya ödəniş olmadan oğurlamaqda ittiham edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
5
publika.az

6Mənbələr