AZ

The Guardian: Alimlər ilk fərdi xərçəng peyvəndini yaradıblar

Britaniya alimləri melanomaya qarşı unikal mRNT vaksini hazırlayıblar.


Aztibb.az “The Guardian”a istinadən yazır ki, peyvənd sınaqların ilk iki mərhələsindən uğurla keçib, üçüncüsü isə hazırda yüzlərlə xəstəni əhatə edir.

Yeni peyvəndin üstünlüyü ondan ibarətdir ki, o, hər bir xəstə üçün fərdi olaraq hazırlanır. İmmunitet sistemini işə salır, bədənin xərçəng hüceyrələrini öz başına ovlamasına səbəb olur.

Tədqiqat koordinatoru Dr. Hiter Şou peyvəndin xərçəngi daimi müalicə etmək üçün yaxşı potensiala malik olduğunu qeyd edib: "Bu, çox fərdiləşdirilmiş bir terapiyadır və müəyyən mənada peyvənddən daha ağıllıdır".

Qeyd olunur ki, fərdi peyvəndin hazırlanması üçün xəstədən şiş nümunəsi götürülür, daha sonra isə süni intellekt vasitəsilə DNT-nin ardıcıllığı aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
2
aztibb.az

7Mənbələr