AZ

Xərçəngə qarşı vaksin tapılıb - The Guardian

Britaniya alimləri melanomaya qarşı unikal mRNT vaksini hazırlayıb. Bu barədə Britaniyanın The Guardian nəşri yazıb.

Peyvənd sınaqların ilk iki mərhələsindən uğurla keçib, üçüncüsü isə hazırda yüzlərlə xəstəni əhatə edir.

Yeni peyvəndin üstünlüyü ondan ibarətdir ki, o, hər bir xəstə üçün fərdi olaraq hazırlanır. İmmunitet sistemini işə salaraq, orqanizmin özbaşına xərçəng hüceyrələrini tapmasına və dəf etməsinə səbəb olur.

Tədqiqat koordinatoru Dr. Heather Shaw peyvəndin xərçəngi daimi müalicə etmək üçün yaxşı potensiala malik olduğunu qeyd edib.
"Bu, çox fərdiləşdirilmiş terapiyadır və müəyyən mənada peyvənddən daha ağıllıdır, i Shau bildirib.


Fərdi peyvəndin hazırlanması üçün xəstədən şiş nümunəsi götürülür, daha sonra isə süni intellekt vasitəsilə DNT-nin ardıcıllığı aparılır.
 
N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
2
anews.az

7Mənbələr