AZ

Kimmix Bellingemin “Real”dakı tərəqqisindən danışdı

“Bayern”in yarımmüdafiəçisi Yozua Kimmix ingilis futbolçu Cud Bellingemi Madrid “Real”ındakı uğurlu çıxışı mənzərəsində tərifləyib.

Arena.az Kimmixin bu barədə fikirlərini təqdim edir:

“Bellingemin “Real”a verdiyi töhfə məni təəccübləndirmir. O, çoxlu və vacib qollar vurdu. Bu, heyranedicidir. Düşünürəm ki, o, heyrətamiz oyunçudur. Yaşına görə özünəməxsus zehniyyəti var ki, bu da onu xüsusi edir. Cud “Real” kimi komanda üçün mükəmməldir”, deyə Kimmix vurğulayıb.

Xatırladaq ki, Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

İngilis futbolçunun Madrid klubundakı çıxışı elə ilk mövsümündən uğurlu alınıb. Cari mövsümdə Bellingem “Real”ın heyətində bütün yarışlarda 36 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 21 qol vurub, 10 məhsuldar ötürmə verib. Cud 17 qolla İspaniya La Liqasının cari mövsümünün ən sərrast futbolçuları siyahısında 2-ci pillədə qəralaşıb.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 29 oyun keçirib, 3 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Bellingem “Real”la 2023/2024 mövsümü İspaniya Super Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla