AZ

Cud Bellingem: “Bu, mənim başıma gələn ən yaxşı məqamdır”

İspaniya çempionu “Real”ın ingilis yarımmüdafiəçisi Cud Bellingem Dortmund “Borussiya”sından Madrid klubuna keçidini xatırlayıb.

Arena.az ingilis futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Real” xüsusi klubdur. Bu klubla müqavilə imzalamaq mənim başıma gələn ən yaxşı məqamdır. Bu, 2023-cü ildə həyatımdakı əsas hadisədir”.

Xatırladaq ki, Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

İngilis futbolçunun Madrid klubundakı çıxışı elə ilk mövsümündən uğurlu alınıb. Cari mövsümdə Bellingem “Real”ın heyətində bütün yarışlarda 38 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 22 qol vurub, 10 məhsuldar ötürmə verib. Cud 18 qolla İspaniya La Liqasının cari mövsümünün ən sərrast futbolçuları siyahısında 2-ci pillədə qəralaşıb.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 29 oyun keçirib. O, bu oyunlarda 3 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Bellingem elə ilk mövsümündəcə “Real”la İspaniya Super Kubokunun (2023) və İspaniya La Liqasının (2023/2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
2
arena.az

3Mənbələr