AZ

Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?

Azərbaycan uşaq ölümlərinin sayına görə keçmiş SSRİ-də üçüncü yeri tutur.

News24.az xəbər verir ki, bu barədə Bakı Araşdırmalar İnstitutu məlumat yayıb.

Məlumatda deyilir ki, 1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib. Amma bununla belə uşaq ölümü sayına görə ölkəmiz hələ də “yüksək pillə”lərdədir.

Ən çox uşaq ölümü qeydə alınan ölkələrə Türkmənistan başçılıq edir. Bu ölkədə doğulan hər 1000 uşaqdan 41,4-i ölür. İkinci yerdə isə Tacikistan gəlir. Bu ölkədə isə 1000 uşaqdan 31,4-ü vaxtsız dünyaşını dəyişir. Bu sahədə ən uğurlu nəticə Estoniyaya məxsusdur- hər 1000 uşaqdan cəmisi 2-si tələf olur. Son üçlüyü ilə Belarus (2,7) və Latviya (3,3) tamamlayır.

Bəs, ölkəmizdə uşaq ölümlərinin sayını necə azaltmaq olar?

Suala tanınmış həkim Abbas Bağırov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, beynəlxalq statistikalara görə müxtəlif amillərin təsirindən yenidoğulmuşlar arasında ölüm hallarının olması qeyd edilə bilər:

“Doğuşayardım proqramları icra edilməyən əvvəlki dövrlərdə baş vermiş doğuşdan sonrakı ölüm hallarının sayı daha aşağı faizlə göstərilirdi. Bununla belə, hamiləliyin gedişatına daha ciddi nəzarət olunduğu, səhiyyə sisteminin maddi texniki bazasının təkmilləşdirildiyi indiki vaxtda körpə ölümlərinin sayının kəskin azalmaması xeyli narahatlıq doğurur.

Azərbaycanda yeni doğulan körpələrin ölüm faizini aşağı salmaq üçün kifayət qədər imkanlar mövcuddur. Əvvəla onu qeyd etmək lazımdır ki, müasir gəncliyin nigahaqədərki dövrdə fizioloji və psixoemosional inkişafında bir sıra boşluqlar müşahidə olunur ki, bu da onların əksəriyyətini medikamentlərdən asılı vəziyyətə gətirir.

Qidalanma (alimentar), təbiət (ekoloji) faktorları da onun üzərinə gəldikdə istər perinatal (bətndaxili), istərsə də (postnatal) doğuşdan sonrakı dövrdə uşağın inkişaf prosesi pozulmuş olur”.

Abbas Bağırov kliniki, immunogenetik və biokimyəvi göstəricilərin də xəstəlik əlamətləri olduğunu söyləyib:

“Hamiləlik dövründə protokol qaydalarına əsasən bir sıra müayinələrin aparılması zəruri hesab olunur. Buraya bir sıra infeksiyaların ayarlanması və qanın hamiləliyin gedişatı üçün tələb olunan bəzi təhlilləri də buna aiddir. İmmunitetin vəziyyətindən asılı olaraq keçici xarakterli bəzi immunogenetik göstəricilər pozitiv çıxa bilər. Bu halda həkimlərimizin xəstəyə daha professional yanaşmasına böyük ehtiyac yaranır.


Rast gəldiyimiz ən çox yayılan müalicə metodu kimi plazamaferez - el arasında “qan yuma” deyilən prosedura üstünlük verilir. Hamilələr üçün əgər kritik səviyyəni ifadə edən göstəricilər müşahidə olunmursa plazmaferez aparılması ciddi fəsadlara - bətndaxili inkişaf qüsurlarına - anomaliyalara, immunosupressiv (immun statusun aşağı düşməsi) vəziyyətlərə yol aça bilir”.

“Bu hallar dünyaya gələn körpələrin sağlamlıq və həyati durumu barədə ciddi təhdid yaradır.

Əhali bilməlidir ki, plazamaferez zamanı dölün inkişafı üçün zəruri olan komponentlər qandan ayrılıb kənara atılır ki, bu da bətndaxili inkişaf və qidalanma problemləri yaradır.

Təkrarı plazmaferez prosedurları nəticəsində hamilə qadınların qanda zülal fraksiyaları azalır bu hal dölün funksional sistemlərinin formalaşması üçün yetərli deyil.

Eləcə də bu, gələcəkdə dünyaya göz açacaq körpənin həyatı üçün ən başlıca təhlükələrdəndir. Göstərilən faktorlar və bir qədər də doğuşun aparılması professionallığının tənzimlənməsində irəliləyişə nail olunsa, uşaq ölümlərinin sayında ciddi azalma müşahidə oluna bilər. Həmçinin hamiləlik dövründə dərman maddələrinin istifadəsini minimuma endirmək lazımdır”, - deyə həkim bildirib.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23978
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13358
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10937
Helikopter qəzası ilə bağlı yeni xəbər
6694
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5722
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5547
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4857
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4815
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3907
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3745
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3613
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3498
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3069
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2949
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2768
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2543