AZ

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji ehtiyatları verə bilər

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin energetika naziri vəzifəsini icra edən Vladimir Malinov ilə Azərbaycanın əlavə həcmdə enerji resurslarının Bolqarıstana çatdırılması imkanlarını müzakirə edib. Bu barədə diplomat sosial şəbəkədəki səhifəsində məlumat verib. Səfir vurğulayıb ki, Azərbaycandan təbii qazın Bolqarıstan vasitəsilə tədarükü və tranziti məsələləri müzakirə olunub. “SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında iştirakı, yaşıl iqtisadiyyatın inkişafı vasitəsilə əlavə həcmdə enerji resurslarının tədarükü imkanları və Azərbaycanın yaşıl keçid strategiyası müzakirə edilib”, - nəşrdə deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
18
azadmedia.az

10Mənbələr